Ayətullah Cəfər Sübhani Taleh Bağırzadəni aclığı dayandırmağa çağırıb. Bu barədə iyunun 21-də Hawzahnews xəbər verib.
Alim Hacı Taleh Bağırzadə və yoldaşlarına müraciət edib. Ayətullah Sübhani öz bəyanatında aclıq aksiyasının dayandırılmasını istəyib.
“Hörmətli cənab Hacı Taleh Bağırzadə, zati-alinin və digər yoldaşların vəziyyətindən xəbərdar oldum, aclığı dayandırmaq lazımdır, İnşaAllah, fərəc başqa yolla hasil olacaq”, – deyə bəyanatda qeyd olunub.
Qeyd edək ki, Taleh Bağırzadə dini təhsilini başa vurduğu zaman əmmaməni ona Ayətullah Sübhani təqdim edib.
Bu gün Taleh Bağırzadənin aclıq aksiyasının 19-cu günüdür. Aksiyanın başlama səbəbi kimi polislərin Allahı təhqir etməsi göstərilib. Hazırda Hacı Talehin səhhətinin yaxşı olmadığı bildirilib.