İmam Əli (ə.s) bəzi şəriət hökmlərinin fəlsəfəsini açıqlayıb. Həzrət bildirib ki, Allah bəzi əməlləri müəyyən səbəb üçün vacib edib. Bu səbəblər aşağıdakılardır:

İman – şirkdən təmizlənmək üçün;

Namaz – təkəbbür və məğrurluqdan paklanmaq üçün;

Zəkat – ruziyə vasitə olması üçün;

Oruc – insanların sədaqət və səmimiyyətlərini sınamaq üçün;

Həcc – dinin güclənməsi üçün

Cihad – İslamın izzəti (və kafirlərin məğlubiyyəti) üçün;

Qohumluq əlaqələrini birləşdirmək – saylarının çoxalması üçün;

Qisas – qanların qorunması üçün;

Şəri cəza növlərinin icrasını bərqərar etməyi (məsələn- şərab içən, orucunu pozan və ya zina edən şəxs üçün müəyyənləşdirilmiş cəzaları icra etməyi) – haram və qadağan edilmiş şeylərə əhəmiyyət verilməsi üçün;

Şərab içilməməsi – ağılları (fəsad və pislikdən) qorumaq üçün;

Oğurluq etməmək – paklanmağı gerçəkləşdirmək üçün;

Zina qadağası – nəsillərin təmiz qalması üçün;

Livatı (həmcinslərin yaxınlıq etməsini) tərk etmək – nəsil və övladların çoxalması üçün;

Yalan danışmamaq – düzlüyün böyüklüyünü aşkar etmək üçün (ki, xalqın rahatlığının ona bağlı olması bəlli olsun);

Salam (insanların bir-birini salamlamaları) – qorxudan xatircəmlik üçün (çünki “salamun ələykum” dən məqsəd budur ki, mənimlə sizin aranızda dava-dalaş deyil, sülh və barışıq bərqərardır);

İmamət və rəhbərlik – xalqın (işlərinin) nizam-intizamı və rahatlığı üçün.

Beləliklə, hər bir əməlin öz hikməti var.

Mənbə: Nəhcül Bəlağə 2-ci cild.