Məscid Naxçıvan Muxtar Respublikasında, Şərur rayonunun Çomaxtur kəndində yerləşir. İbadətgah 1991-1993-cü illərdə inşa edilib.

İbadət evi düzbucaqlı formadadır, çay daşından hörülüb və fasad tərəfdən kərpiclə üzlənib. Məscid ikimərtəbəlidir. İbadətgahın döşəməsi və tavanı taxta və fanerlə işlənib. İbadət evinin damı və günbəzi dəmir təbəqə ilə örtülüb. Birinci mərtəbə qadınlar, ikinci mərtəbə isə kişilər üçün nəzərdə tutulub. Məscidin bir minarəsi var və onun hündürlüyü 5,5 metrdir.

Əvvəllər burada XIX əsrdə tikilmiş məscid olub. Lakin sonradan həmin məscid dağılıb.

Mənbə:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.