Mövla Məhəmməd Təqi Şirvani XVIII əsrdə yaşamış dövrünün görkəmli fəqih alimlərindən idi. O, həmçinin Əllamə Məhəmməd Baqir Məclisinin şagirdlərindən biri olub.
Mövla İsfahan şəhərində yazıb yaratmışdır. Onun əsərlərindən Şəhid Saninin “Təliqətun ələl-Məsalik” kitabına yazdığı haşiyəni qeyd etmək olar.
Onun Şeyx Məhəmməd Təqi adlı bir oğlu olub. O, da atası kimi İslami şəxsiyyətlərdən biri kimi tanınıb. Alimin ikinci oğlu Şeyx Məhəmməd Cəfər Şirvani də Şəhid Saninin “Məsalik” kitabına haşiyə yazanlardan biridir.
Mənbələr:
- Faiq Vəlioğlu. Azərbaycanın islam alimləri. Qum-2000.
- Yaqub Abbasov. İslam alimləri. Dünyada tanınmış Azərbaycanlı müctəhidlər, Ayətullahlar. Bakı-2007.