İmam Rza (ə.s) ziyarətgahında Qurani-Kərim Mərkəzinin təcrübəli müəllimləri qeyri-iranlı Quran müəllimləri üçün təlim keçirlər. Bu barədə iyunun 21-də hərəmin mətbuat xidməti məlumat paylaşıb.
Layihə yeni başlayanlara Qurani-Kərim tədrisinin müxtəlif üsullarını öyrətmək məqsədi ilə həyata keçirilir.
Fars dilini mükəmməl bilən qeyri-iranlı Quran müəllimləri üçün dərslər ənənəvi formada və distant şəkildə təklif olunur. İştirakçıların yaşının 40-dan aşağı olması, bir il pedaqoji təcrübənin, diplomun olması və giriş səviyyəsindən keçməsi kursda iştirak etmək üçün zəruridir.
Bu, qeyri-iranlı müəllimlərin hazırlanmasında Mərkəzin ilk addımıdır. Gələcəkdə daha çox kursların təşkili nəzərdə tutulub.