Bu ilin Ərbəin günlərində İmam Hüseynin (ə.s) hərəminin yanında Xanım Zeynəbin (s.ə) həyəti 20 minə yaxın zəvvar qəbul edəcək. Bu barədə iyunun 20-də Mehrnews məlumat yayıb.
Zəvvarların mərtəbələr arasında təhlükəsiz hərəkəti üçün pilləkənlərin hazırlanması, yeraltı neflərə çıxışın yaradılması, müvəqqəti kondisioner sisteminin qurulması və bir neçə sanitar qovşağının tikilməsi planlaşdırılır.
Həzrət Zeynəbin (s.ə) həyətində 800-dən çox şəfalı bulaq nəzərdə tutulub ki, onlardan 250-yə yaxını Ərbəin dövründə zəvvarların istifadəsinə hazırlanır.
Qeyd edək ki, İmam Hüseynin (ə.s) hərəminin cənubunda tikilən bu həyətin sahəsi 152 min kvadratmetdir. Həyətə kitabxana, zairsəra, mehmansəra, muzey və 600 hamam və sanitar qovşağı daxildir.