Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə iyunun 22-də Avstriyaya yola düşəcək. Bu barədə iyunun 21-də Report xəbər verib.
O, Vyanada baş tutacaq “Sülh naminə dinlərarası və mədəniyyətlərarası dialoqun, anlaşmanın və əməkdaşlığın təşviqi” mövzusunda beynəlxalq toplantıda iştirak edəcək.