Gənc qız “Hicabım məni güclü edir” rəsm əsəri ilə ABŞ Konqresinin keçirdiyi müsabiqədə qalib gəlib. Bu barədə iyunun 20-də Islamnews məlumat yayıb.

Amerikalı tələbə Salli Al-Makalani Nyu-Yorkda keçirilən müsabiqədə “Hicabım məni güclü edir” əsəri ilə birinci yerdə qərarlaşıb. ABŞ Konqresinin üzvlərinin himayəsi altında hər il bütün regionlarda keçirilən müsabiqə qalibinin əsəri il boyu Kapitolidə sərgilənəcək.

“Hicablı qızlar müxtəlif hücumlara, qınaqlara baxmayaraq, öz gözəlliklərini hiss etməlidirlər. Geyindiyimiz hicab bizim üçün güc mənbəyinə çevrilməlidir”, – deyə Salli Al-Makalani vurğulayıb.

Salli Nyu-Yorkda yerləşən “Renessans” Ali incəsənət məktəbinin tələbəsidir.