Dövrünün alimi, fəqihi və müfəssiri kimi tanınan Şeyx Mövla Hüseyn Tiflisi İsfahani böyük İslam şəxsiyyətlərindən biri olub. O, 1694-cü ildə Tiflisdə anadan olub.
Alimin əlyazmalarından yalnız “Təfsiri-Tiflisi” günümüzə qədər gəlib çatmışdır.
Şeyx Mövla Hüseyn Tiflisi İsfahani təxmini 1778-ci ildə İsfahanda vəfat edib və oranın Təxti-fulad qəbiristanlığında dəfn olunub.
Mənbələr:
- Faiq Vəlioğlu. Azərbaycanın görkəmli İslam alimləri. Qum-2000.
- Yaqub Abbasov. İslam alimləri. Dünyaca tanınmış Azərbaycanlı müctəhidlər, ayətullahlar XVI-XX əsrlər. Bakı-2007.