Dünənədək Mədinəyə gələn zəvvarların sayı 159 619 nəfərə çatıb. Bu barədə iyunun 20-də Shiawaves məlumat yayıb.
Beynəlxalq hava limanına Həcc ziyarəti üçün 146 765 zəvvarın gəldiyi bildirilir. Quru yolu ilə gələn zəvvarların sayı isə 12 335 nəfər olub. İndoneziyadan olan zəvvarlar Mədinədə 26,705 nəfərlə çoxluq təşkil edib. Daha sonra Hindistandan, Banqladeşdən, Pakistandan, İrandan olan zəvvarlardırlar.
Ötən günlərdə Mədinədən 63 077 zəvvar Məkkədəki müqəddəs məkanlara yola düşüb.
Qeyd edək ki, bu il Səudiyyə Ərəbistanı Həcc ziyarətinə dünya üzrə 1 milyon zəvvar qəbul edəcək. Azərbaycan üçün isə 680 nəfərlik kvota müəyyən edilib.