Hər il olduğu kimi, Həcc mövsümünün başlanmasına hazırlıq məqsədilə Kəbənin örtüyü qaldırılıb. Bu haqda iyunun 19-da Makkanews məlumat yayıb.

Örtüyün aşağı hissəsi təxminən üç metr qaldırılıb. Yuxarıdakı hissəsi isə dörd tərəfdən təxminən iki metr enində ağ pambıq parça ilə örtülüb.

Tədbir Məscidül-həram və Peyğəmbər Məscidinin İşləri üzrə Baş İdarə tərəfindən ehtiyat tədbiri və kisvəni təmiz və təhlükəsiz saxlamaq üçün həyata keçirilir.

Kəbə evinin qara örtüyü 670 kiloqramdır və 658 kvadratmetrdir. Örtük ildə bir dəfə, Ərəfə günü 80 nəfər insan tərəfindən dəyişdirilir.