İllinoys ştatının Çikaqo şəhərində nadir tarixi əlyazmalardan ibarət ilk Quran muzeyi açılıb. Bu barədə İQNA məlumat yayıb.
Bu muzeydəki bəzi əsərlərin 600 yaşı var. Onlardan bəziləri ABŞ-ın ən qədim tarixi Quranlarıdır.
Bu kolleksiyaya təxminən 100 Quran nüsxəsi daxildir. Onları hamısı əlyazmadır. Nüsxələrin bəziləri bambuk, palma kağızları və dəri üzərində yazılıb.
Çikaqodakı muzey-kitabxana ABŞ-da bu cür xəzinəyə sahib ilk məkana çevrilib.