Brüssel parlamentinin millət vəkilləri halal heyvan kəsimini qadağan edən qanun layihəsinin əleyhinə səs veriblər. Bu barədə iyunun 19-da Shianews xəbər yayıb.

Belə ki, parlamentdəki 89 deputatdan 42-si layihənin əleyhinə, 38-i lehinə səs verib. Halal kəsimin əleyhinə olan millət vəkilləri heyvanın anesteziyasız hər hansı kəsilməsinin qanunsuz olduğunu bildiriblər.

2021-ci ilin sentyabrın 30-da Belçikanın Konstitusiya Məhkəməsi heyvanların halal kəsiminə qoyulan qadağanı təsdiq etmişdir. Qanuna əsasən, heyvanların İslam şəriətilə kəsilməsi qadağan olunur və onların elektrik cərəyanı ilə öldürülməsi tələb edilir. Bu isə İslam şəriətinə ziddir.

Brüssel Belçikanın yeganə bölgəsidir ki, burada hələ də halal kəsimlərə icazə verilir.