Britaniya hökuməti böyük məscidlərin yenidən qurulması layihəsini təsdiqləyib. Bu barədə Shafaqna xəbər yayıb.
Britaniya hökuməti böyük məscidlərin bərpası üçün proqram hazırlayıb. Onlardan birincisi Bolton şəhərindəki məsciddir.
Şəhərin müsəlman nümayəndəsi layihənin vacibliyini bildirib: “Bu, çox böyük bir layihə olacaq, müsəlman icması üçün yaxşı xəbərdir”. Bildirilib ki, şəhərdəki müsəlmanlar əvvəllər dini mərasimləri üçün köhnə məktəbdən istifadə edirdilər.
Məlumata görə, 30 mindən çox müsəlman əhalisi olan Bolton şəhərində 30-a yaxın məscid var.