Türkiyə sakinləri “Zara” ticarət şəbəkəsinin Almaniyadakı yeni reklam afişasına hiddətlənib. Bu haqda İslam.az xəbər verib.
İspan markası çörəyi ayaqqabının altlığı kimi təsvir edərək möminlərin hisslərinə toxunub.
Nəticədə “Twitter” sosial şəbəkəsində şirkətə qarşı #zarahaddinibil həştəqi ilə etiraz kampaniyasına başlanılıb. İnternet istifadəçiləri dünyanın bəzi guşələrində insanların bir tikə çörəyə həsrət qaldığı zaman “Zara”nın fotosunu hörmətsizlik kimi qiymətləndiriblər.