Müqəddəs Kərbəla şəhəri İraqın şimal, mərkəzi və cənub əyalətlərindən yola düşən ilk zəvvarları qəbul edib. Bu haqda iyunun 17-də Shiawaves xəbər paylaşıb.
Məlumata görə, ziyarətçilər hər il Kərbəlada hər cür şəraitlə təchiz olunmuş kondisionerli zallarda yerləşdirilir və yeməklə təmin olunurlar. Onların şəhərdən İmam Hüseyn (ə.s) və onun qardaşı Həzrət Abbasın (ə.s) hərəmlərinə çatdırılması üçün müasir avtobuslar hazırlanıb.