Həzrət Rza (ə.s) ziyarətgahının həyətində səki daşları dəyişdirilir. Bu haqda iyunun 17-də hərəmin mətbuat xidməti xəbər paylaşıb.
Məlumata görə, təmirin məqsədlərindən biri zəvvarların həyətdə hərəkət istiqamətlərinin müəyyən edilməsidir.
Həyətin döşəmə planı İran-İslam memarlığına uyğunlaşdırılacaq. Həmçinin səkinin su izolyasiyası yaxşılaşdırılacaq. Daha az işıq əks etdirən yeni qalın səki daşları döşənəcək.
Daha öncə, iyunun 11-də İmam Rza (ə.s) hərəminin muzeyini rekord sayda zəvvar ziyarət edib. Həzrətin (ə.s) mövludu günündə ziyarətçilərin sayı 11 350 nəfər təşkil edib.