İslam dinində zina (kəbinsiz əlaqə) böyük günahlardan biridir. Bu əməlin günahdan əlavə daha bir mənfi cəhəti də var.
İslam şəriətinə əsasən, zina və haramdan cünub olan şəxsin təri Allaha ibadətdə maneə törədir. Belə ki, bir sıra alimin nəzərində belə bir şəxsin tərinə bulaşmış şəxs namaz qılmazdan öncə paklanmalıdır.
Sözügedən məsələ yalnız namaza aiddir. Yəni əgər bir şəxs haram yolla cünub olsa onun təri pak sayılsa da həmin tərlə namaz qıla bilməz. Bu hökm Ayətullah Xamenei, Ayətullah Məkarim Şirazi və Ayətullah Xorasanidə eynidir. Hər üçün alim vacib-ehtiyata əsasən, belə bir tərlə namaz qılmağın düzgün olmadığını hesab edir. Lakin Seyyid Sistaninin hökmünə görə, həmin tər namaz qılmaq üçün maneə deyil.
Haram yolla cünub olmuş şəxs qüsl almalı, belə bir tərə bulaşmış şəxs isə buladığı bədən üzvünü yumalıdır.
Qeyd edək ki, Seyyid Sistaninin qəti hökm verməsi, digər alimlərin müqəllidlərinin ona udl etmələrinə imkan yaradır.