Həcc ziyarətinə gedən İraq zəvvarlarının sayı 3 589 nəfərə çatıb. Bu barədə iyunun 17-də Shiawaves məlumat verib.

İraqın beş hava limanından Səudiyyə Ərəbistanına səfər edən ziyarətçilərin sayı ümumilikdə 3 589 nəfər təşkil edib. İlk reyslə isə Bağdaddan Həccə 348 nəfər çatıb.

Bu il Səudiyyə Ərəbistanı Həcc ziyarətinə dünya üzrə 1 milyon zəvvar qəbul edəcək. Azərbaycan üçün isə 680 nəfərlik kvota müəyyən edilib. Azərbaycanlı zəvvarların Həccə ilk səfəri iyunun 29-na planlaşdırılır.