Ayətullah Hacı Şeyx Həsən Hatəmi Lənkərani Nəcəfin tanınmış alimlərindən olub.

O, ali dini təhsilini Nəcəfdə başa vurub, oranın tanınmış alimlərindən dərs alaraq yüksək dərəcəli ictihad məqamına çatıb. Alim bir çox üsul və fiqh kitablarına şərh yazıb. Lənkərani məşhur alimlər Mirzə Hüseyn Xəlil, Seyyid Məhəmməd Əli şah Əbdül Əzim və Seyyid Həsən Sədrdən hədis nəql etmək, Ayətullah əl-Üzma Mərəşi Nəcəfidən hədis və rəvayət nəql etmək icazəsini almışdır.

Ayətullah Hacı Şeyx Həsən Hatəmi Lənkərani təxminən 1942-ci ildə Nəcəfdə vəfat edib və orada da dəfn olunub.

Mənbə:

  1. Faiq Vəlioğlu. Azərbaycanın görkəmli İslam alimləri. Qum-2000.