Qəzza sektorunun 7 yaşlı sakini Rəşad Nimr Əbu Rəs müqəddəs Quran kitabını tam əzbərləyib. Bu barədə iyunun 17-də Shafaqna məlumat yayıb.

Azyaşlı insanlar arasında “Quran hafizi” statusu ilə məşhurlaşıb. Din xadimləri onun biliklərini yoxlayaraq təsdiqləyiblər.