Qərb ölkələrində son zamanlar islamofobiyanın artdığı qeyd edilir. Bu barədə İslamnews məlumat yayıb.

2021-ci ildə müsəlmanlara qarşı törədilən cinayətlərin sayında liderlər Fransa (artım 58%) və rəsmi olaraq cəmi 6 720 qanun pozuntusunun qeydə alındığı ABŞ olub. Bu isə 30 il ərzində rekord göstəricidir.

Alimlər bu statistikanın əsas səbəbini islamofob şüarlarla xal qazanan siyasətçiləri göstərir. Bariz nümunə kimi Danimarkanı göstərmək olar. Burada immiqrantlar “qərbli” və “qeyri-qərbli”yə bölünür. Müsəlman immiqrantların məskunlaşdığı regionlarda ölkənin qalan hissəsinə nisbətən cinayətlərin cəzası daha ağır olur.

Belə ki, Danimarkanın baş naziri Mette Frederiksen 2019-cu ildə məhz antiislam gündəmini təbliğ etməklə hakimiyyətə gəlib. O, müsəlman məktəblərinin ləğvini, hicabın qadağan edilməsini və Suriyalı qaçqınların qiymətli əşyalarının “ölkədə qalmalarının haqqını ödəmək” üçün müsadirə edilməsini təklif etmişdir.

Avstriya Xalq Partiyasının keçmiş rəhbəri partiyanın iclasında “Koronavirus təhlükəli deyil. Quran daha təhlükəlidir” demişdir.

Fransada prezident seçkilərində iştirak edəcək namizədlərdən biri Marin Le Pen isə bildirmişdir ki, seçkidə qalib gələrsə, ölkədə başı örtülü qadınları cərimələyəcək.