Müqəddəs Kərbəla şəhərində fəaliyyət göstərən Xanım Fatimeyi-Zəhra (s.ə) Vəqfi ehtiyacı olan ailələrə və kimsəsiz uşaqlara hava soyutma avadanlığı paylayır. Bu barədə iyunun 16-da Shiawaves xəbər yayıb.
Xeyriyyə aksiyası İmam Rzanın (ə.s) və onun bacısı Xanım Məsumənin (s.ə) mövludunun ildönümü münasibətilə keçirilir.
Qeyd edək ki, Həzrət Rzanın (ə.s) mövludu iyunun 11-nə, Həzrət Məsumənin (s.ə) mövludu isə iyunun 1-nə təsadüf edib.