İmam Rzanın (ə.s) mövlud günündə Həzrətin hərəminin muzeyini rekord sayda zəvvar ziyarət edib. Bu barədə hərəmin mətbuat xidməti məlumat paylaşıb.

Şəhadət ongünlüyündə Astan Qüds Rəzəvi muzeyini 22 min nəfər ziyarət edib. Təkcə İmam Rzanın (ə.s) mövludu günündə isə 11 350 zəvvar muzeydə olub.

Muzeydə 1 500-ə yaxın əsər, rəsmlər, möhürlər və xalçalar sərgilənib. Ən nəfis əsərlər sırasına Səfəvilər dövrünə aid xalça daxildir.

Qeyd edək ki, 8-ci İmam Həzrət Rzanın (ə.s) mövludunun ildönümü zilqədə ayının 11-də (11 iyun) baş tutub.