ABŞ-nin Minneapolis şəhərində məscidlərdə azanın oxunmasına icazə vermək qərara alınıb. Bu barədə iyunun 16-da Shiawaves xəbər yayıb.

Bu, ABŞ-də 20-dən çox məsciddə azan oxunmasına icazə verən ilk böyük şəhərdir. Məlumata görə, bu qərardan sonra regionda müsəlmanların sayı çoxalıb.

Müəzzinin səsi Minneapolis şəhərində ilk dəfədir ki, səslənir.

Qeyd edək ki, 2021-ci ilin statistikasına əsasən, ABŞ-də 3 000-nə yaxın məscid fəaliyyət göstərir.