Kərbəla Xeyriyyə Fondu kimsəsiz uşaqlar üçün maliyyə yardımı kampaniyasına başlayıb. Bu barədə iyunun 15-də Shiawaves məlumat yayıb.
Fond tərəfindən yetimlərin ehtiyaclarının ödənilməsi üçün 8 milyondan çox İraq dinarı (təqribən 9 300 azn) paylanıb. Maddi yardım Sadiq Şirazi və Şeyx Camalın göstərişi ilə ayrılıb.
Daha öncə, yanvarın 21-də yardım məqsədli 10 milyon İraq dinarı (təqribən 11 600 azn) ayrılmışdı.
Qeyd edək ki, Fond 2003-cü ildə yarandığı gündən yüzlərlə kimsəsiz və imkansız ailəni öz himayəsinə götürüb, kimsəsiz uşaqlara aylıq məvacib verməklə onlara yardım göstərməyə çalışır.