İraqın Həcc və Ümrə Ali Komissiyası “Google Play” və “App Store”-da “İraq Həcc” proqramını istifadəyə verib. Bu barədə iyunun 16-da Shiawaves xəbər yayıb.
Tətbiqdən istifadə edən zəvvarlar sağlamlıq tövsiyələri, təlimatlar, dini məlumatlar ala biləcəklər.
Bu proqram vasitəsi ilə Həcc və Ümrənin işlərini, vəzifələrini və tələblərini, zəvvarların yerləşdirilməsini bilmək, onların yerini müəyyənləşdirmək mümkün olacaq.
Qeyd edək ki, Azərbaycandan olan zəvvarlar üçün də mobil tətbiq hazırlanıb. “Ağıllı zəvvar” adlı proqram Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyinin tapşırığı əsasında tərtib edilib.