İmam Rzanın (ə.s) hərəmində Səfəvilər dövrünə aid toxunmuş parçanın təqdimatı baş tutub. Bu barədə İmam Rza (ə.s) hərəminin mətbuat xidməti məlumat verib.

İpək və qızıl saplardan hazırlanmış parça ziyarətgaha vaxtı ilə Şah Süleyman Səfəvi tərəfindən hədiyyə olunub.

Alimlərin sözlərinə görə, mədəni irsin dəyərini ictimaiyyətə çatdırmaq tədqiqatçıların üzərinə düşür. Bu əsərlərin nümayişi və əhəmiyyətinin vurğulanması şiə mədəniyyətinin digər ölkələrə yayılmasına yardım edir.

Təqdimat zamanı hərəmin mədəni irsin qorunub saxlanılmasında xüsusi rolu vurğulanıb.

Həmçinin Astan Qüds Rəzəvinin dünyada bənzəri olmayan tekstil məhsullarına sahib olduğu bildirilib.