İmam Hüseyn (ə.s) ziyarətgahı İraqın cənubundakı Bəsrə şəhərinə içməli su göndərib. Bu barədə iyunun 15-də hərəmin mətbuat xidməti məlumat yayıb.

Buna səbəb İraqda müşahidə olunan yüksək hava temperaturu və quraqlıqdır.

Ziyarətgahın nümayəndəsi Məcid İbrahimin sözlərinə əsasən, bəzi ucqar yaşayış məntəqələrindəki xəstəxanalar, məktəblər, universitetlər və dövlət idarələri içməli su ilə təmin edilib. Həmçinin Əbu Fulus limanı, Əbi Əl-Xəsib məntəqəsi, Əl-Bəhadriyə və Əl-Ləbbani bölgələrinin sakinlərinə su çatdırılıb.

Qeyd edək ki, sakinlərin fasiləsiz içməli su ilə təmin olunması üçün ziyarətgahda yeni sistemlər quraşdırılmışdır.