Həzrət Əbəlfəzlin (ə.s) hərəmində türbənin günbəzində aparılan təmir və şüşələnmə işləri sona çatıb. Bu haqda iyunun 15-də ziyarətgahın mətbuat xidməti məlumat verib.

Sözügedən layihənin rəhbəri Seyyid Mehdinin sözlərinə görə, bu təmir 90-cı illərdən bəri ən böyük iş hesab edilir. Kitabələrin dizaynı bəzi müasir toxunuşlar əlavə olunmaqla keçmişdəki yazılarla eynidir. Yeni şüşələr isə yüksək keyfiyyəti və ətraf şəraitə davamlılığı ilə seçilir.

Texnikanın ziyarətçilərə mane olması səbəbindən işlərin vaxtaşırı dayandırılmasına baxmayaraq, təmir işləri təyin olunmuş vaxtda yekunlaşıb.