Fransanın Renn şəhərində naməlum şəxs Moruba məscidini yandırıb. Yanğın zamanı içəridə heç kim olmayıb. Bu barədə Aljazeera xəbər yayıb.
Yerli medianın məlumatına görə, polis yanğının naməlum şəxsin kənardan məscidə məşəl atmasından sonra başladığını təsdiq edib. “Le Figaro” qəzeti yazır ki, Renn prokurorluğu heç kimin xəsarət almadığı qəza ilə bağlı istintaqa başladığını elan edib.
Bu hadisə sosial şəbəkələrdə geniş qınağa səbəb olub. Fransa mediasının “sanki heç nə olmamış kimi” reaksiyası tənqid edilib.
Keçən ilin aprelində Renn şəhərindəki İslam mədəniyyət mərkəzi islamofob işarələrlə təhqir edilib.
?? FLASH – Dimanche 12 juin, un incendie s’est déclaré dans les remises de la mosquée de #Maurepas à #Rennes. L’origine serait criminelle. La police judiciaire est saisie.
« La piste première c’est qu’un objet enflammé ait été lancé depuis la rue, par-dessus le mur d’enceinte » pic.twitter.com/2qytFRoE4w
— Tajmaât (@Tajmaat_Service) June 13, 2022