Məscid Masallı rayonunun Qasımlı kəndi ərazisində yerləşir. İbadətgah 2002-ci ildə yerli əhali tərəfindən tikilib.
İbadət evinin tutumu 120 nəfər təşkil edir. Məscid düzbucaqlı formadadır və qırmızı kərpicdən tikilib. İbadətgahın tavanı taxtadandır, damı isə kirəmitlə örtülüb. İbadət evinin ön tərəfində dörd pəncərə və iki qapı var. Məscidin giriş hissəsini yağışdan qorumaq üçün beş dəmir dirək üzərində dam artırılıb. İbadətgahın damında azan vermək üçün kvadrat formada günbəz mövcuddur.
Qasımlı kənd məscidi yerli əhəmiyyətli memarlıq abidəsi hesab edilir.
Mənbələr:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
- Aqşin Əliyev. Masallının tarix və mədəniyyət abidələri – ziyarətgahlar. Bakı-2021.