Bu ilin əvvəlindən Məkkədən Peyğəmbər (s) məscidinə 40 tondan çox Zəm-zəm suyu aparılıb. Bu barədə iyunun 14-də İQNA xəbər verib.
Səudiyyə Ərəbistanının rəsmilərinin sözlərinə görə, daşınan sular zəvvarların bu il Həcc ayinlərdə istifadə ediləcək. Həmin suların yüksək standartlara uyğun saxlanılacağı bildirilib.