İslam ölkələrində homoseksual görüntüləri olan səhnələrə görə Qərb istehsalı olan film və cizgi filmlərinin nümayişi getdikcə daha çox qadağan edilir. Bu barədə İslamnews iyunun 15-də məlumat yayıb.
Ərəb ölkələrində ən son nümayiş olunanlardan biri Pixar cizgi filmi “Buzz Lightyear” idi. Bu cizgi filmi Səudiyyə Ərəbistanı və Küveytdə qadağan edilsə də, BƏƏ-də filmin göstəriləcəyi elan edilmişdi. Lakin ictimaiyyətin müdaxiləsindən sonra premyera ləğv edildi.
Miss America qəhrəmanının homoseksual ailəsinə görə bir sıra islam ölkələrində qadağan olunmuş “Doctor Strange: In the Multiverse of Madness” filminin də başına oxşar aqibət gəlib.
Daha öncə “Disney” kinostudiyası yeni filmlərində LGBT personajlarının sayını artıracağını elan edib. “Disney”in prezidenti bu qərarı dəstəkləyərək qeyd edib ki, onun iki övladı var və onlar da LGBT nümayəndələridirlər.