Höccətül-İslam Seyyid Kazim Badkubeyi Nəcəfdə anadan olub.

O, ilk təhsilini Nəcəfin tanınmış alimlərindən, o cümlədən Ayətullah Seyyid Abdullah Nişapuridən, orta təhsilini isə atası Seyyid Məhəmməd Baqir Badkubeyi və Mudərris Əfqanidən alıb. Sonra Kazim Badkubeyi ali təhsil almaq üçün Ayətullah Şeyx Abbas Şahrudi, Ayətullah Şeyx Müctəba Lənkərani, Ayətullah Şeyx Sədra Badkubeyinin və başqalarının dərslərindən bəhrələnib.

Seyyid Kazim Badkubeyi İslamı təbliğ etmək üçün İraqın müxtəlif şəhərlərinə səfər edir. Burada əhali arasında hörmət qazandığı üçün dövlət tərəfindən onun dini təbliği qadağa olunur və alim bir illik həbs edilir.

Zindandan çıxan alim İranın Qum şəhərinə yollanıb və burada tədris etməyə başlayıb. Bu müddət ərzində o bir neçə dəfə Azərbaycana səfər edib.

Mənbələr:

  1. Faiq Vəlioğlu. Azərbaycanın görkəmli İslam alimləri. Qum-2000.
  2. Yaqub Abbasov. İslam alimləri. Dünyaca tanınmış Azərbaycanlı müctəhidlər, ayətullahlar XVI-XX əsrlər. Bakı-2007.