İyunun 14-də Ayətullah Vahid Xorasani ilə İmam Həsən Əskərinin (ə.s) ziyarətgahının nümayəndə heyətinin görüşü baş tutub. Bu barədə Shianews məlumat yayıb.

Görüşün sonunda alimə hərəmin bayrağı təqdim olunub.

Ayətullah Xorasani hərəmdə həyata keçirilən fəaliyyətləri yüksək qiymətləndirib və deyib: “Elmi və mədəni fəaliyyətlər də həyata keçirilməlidir ki, insanlar Samirranın harada olduğunu və bu torpaqda hansı müqəddəs insanların dəfn olunduğunu bilsinlər. Orada İmam Zamanın (ə.f) evi var”.

Qeyd edək ki, iyunun 12-də Musa Şubeyri Zəncani də İmam Həsən Əskərinin (ə.s) hərəminin nümayəndələrini qəbul edib.

Görüşdə alimə Samirranın müqəddəs hərəminin tikinti işləri haqqında hesabat və ziyarətgahın bayrağı təqdim olunub. Müctəhid isə öz növbəsində hərəmin fəaliyyətlərini yüksək qiymətləndirdiyini bildirib.