Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi koronavirus qadağalarının ləğvi barədə qərar qəbul edib. Bu barədə iyunun 14-də Shiawaves məlumat verib.
Belə ki, Məkkə və Mədinədə müqəddəs yerlər istisna olmaqla, qapalı yerlərdə maskaların məcburi taxılması ləğv edilib.
Həmçinin peyvənd və sağlamlığın yoxlanılmaması qərarı verilib. Bundan öncə “Tawakkalna” proqramı ilə əhalinin sağlamlıq məlumatlarını göstərmək və qapalı yerlərə daxil olmaq üçün peyvənd statusunun yoxlanılması şərt idi.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı bu il ümumilikdə bir milyon zəvvar qəbul edəcək. Xaricdən gələn zəvvarların sayı isə 850 min nəfərdir.