Məscid Masallı rayonunun Rüdəkənar kəndində yerləşir. İbadətgahın inşa tarixi XIX əsrə aid edilir.

İbadətgah düzbucaqlı formadadır və qırmızı kərpicdən hörülüb. Məscidin tavanı taxtadandır, damı isə kirəmitlə örtülüb. İbadət evinin dörd pəncərəsi və bir cüt qapısı var. İbadətgahın giriş hissəsini yağışdan qorumaq üçün beş dəmir dirək üzərində dam artırılıb. Orada azan vermək üçün kvadrat günbəz var.

Masallı rayonu Rüdəkənar kənd məscidi yerli əhəmiyyətli memarlıq abidəsi hesab edilir.

 Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.

Masallı rayonu Rüdəkənar kənd məscidi Masallı rayonu Rüdəkənar kənd məscidi Masallı rayonu Rüdəkənar kənd məscidi Masallı rayonu Rüdəkənar kənd məscidi Masallı rayonu Rüdəkənar kənd məscidi Masallı rayonu Rüdəkənar kənd məscidi Masallı rayonu Rüdəkənar kənd məscidi Masallı rayonu Rüdəkənar kənd məscidi Masallı rayonu Rüdəkənar kənd məscidi