İraq gələn həftədən bəzi quru sərhədlərini iranlı zəvvarlar üçün açacaq. Bu barədə iyunun 14-də Shiawaves məlumat paylaşıb.
İraqın Mədəniyyət və Turizm naziri Həsən Nazim İran Həcc Təşkilatının rəhbəri Sadiq Hüseynlə görüşü zamanı ölkələrarası bəzi quru sərhədlərinin açılacağını söyləyib.
Verilən məlumata görə, hər gün 2 500 iranlı quru sərhədlə İraqa səfər edə biləcək. Bu rəqəm tədricən günə 15 000 zəvvaradək artırılacaq.
Görüşdə, həmçinin İraqda iranlı ziyarətçilərə yaradılan şəraitlə bağlı anlaşma memorandumunun imzalanması müzakirə edilib.
Qeyd edək ki, ölkələrarası sərhədlər koronavirus pandemiyası səbəbindən bağlı olub.