Qurban əti satıla bilməz. Bu sözləri “Məşədi Dadaş” məscidinin axundu Hacı Şahin iyunun 14-də Ölkə.az-a müsahibəsində deyib.
“Qurban kəsmək Həcc ziyarətində olanlara vacibdir. Qurban kəsilməsi Həccin ayinlərindən biridir və orada olan insanlar əgər qurban kəsməsələr, ziyarətləri batil olur”, – deyə Hacı Şahin vurğulayıb.
Onun sözlərinə görə, qurbanı kəsən adam müsəlman olmalıdır, qurban ətindən isə insanların ehtiyacını ödəyəcək qədər pay ayrılmalıdır. Lakin qurban ətini pul müqabilində paylamaq yolverilməzdir.
Daha öncə Qida Təhlükəsizliyi Agentliyi qurbanlıq heyvanların satışı üçün yarmarka keçiriləcəyini bildirib. Satışlar 11 müxtəlif ünvanda baş tutacaq.
Qeyd edək ki, Qurban bayramı 2022-ci ilin 9-10 iyul tarixlərinə təsadüf edir.