Azərbaycanda alqı-satqı saytında Həcc ziyarətinə elan yerləşdirilib. Lakin ziyarət üçün ayrılan yerlər ötən ay dolub. Bəzi xəbər saytlarında sözügedən elan biznes kimi qiymətləndirilib.
Elan tap.az saytında 25 may tarixində paylaşılıb. Bu isə QMİ-nin Həcc üçün ayrılan kvotanın bitməsi haqda verdiyi açıqlamadan 5 gün öncə olub.
Sirat.az elan sahibi ilə əlaqə saxlasa da, zənglərə cavab verən olmayıb.
Mayın 25-dən Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu başlayıb. Qəbul üçün bir ay müddətində vaxt ayrılmasına baxmayaraq, Azərbaycan zəvvarları üçün ayrılan 680 nəfərlik kvota mayın 30-da dolub. Ziyarətin qiyməti 9 106 manat təşkil edib.