İyunun 13-də fəqih Ayətullah Seyyid Ruhani xəstəxanaya yerləşdirilib. Bu barədə shia-news xəbər verib.

Məlumata görə, alim bir neçə gündür ki, soyuqdəymə nəticəsində yüksək bədən hərarətindən əziyyət çəkir. Seyyid Sadiqin oğlu bildirib ki, müalicə almasına baxmayaraq, alimin qızdırması keçməyib. Buna görə də həkimlər fəqihi xəstəxanaya yerləşdirmək qərarına gəliblər.

Xəstəxanada alimdən COVİD-19 testi götürülüb və onun nəticəsi neqativ çıxıb. Hazırda onun vəziyyətinin normal olduğu və qızdırmasının keçdiyi bildirilib. Bu səbəbdən Ayətullah Ruhani ümumi şöbəyə yerləşdirilib.