Venesiyada ilk məscidin açılışı baş tutub. Bu barədə iyunun 12-də Shia-News xəbər yayıb.
Məscid yerli müsəlmanlar tərəfindən zəkatdan əldə edilən vəsaitlə tikilib.
“Biz bu yerlə fəxr edirik, çünki bu, bizim birliyimizin bir əlamətidir. Bu məscid indi hamının üzünə açıqdır”, – deyə İslam Cəmiyyətinin rəhbəri bildirib.
Qeyd edək, ki İslam İtaliyada Xristianlıqdan sonra ikinci ən geniş yayılmış dindir. 2018-ci ilin statistikasına əsasən, İtaliyadakı müsəlmanların sayı bir milyon 613 min nəfər təşkil edir.