Sudandan Səudiyyə Ərəbistanına qoyun daşıyan gəmi limandan çıxarkən batıb. Bu haqda iyunun 12-də Qırmızı Dəniz Dövlət Polisi öz Facebook səhifəsində məlumat yayıb.
Məlumata görə, təxminən 16 min baş qoyun daşıyan “Bədr” gəmisi Suakin limanından çıxarkən balansının pozulması nəticəsində batıb. Xilasetmə qrupları dənizçiləri xilas edə bilsələr də, gəminin batmasının qarşısını ala bilməyiblər.
Ehtimal olunur ki, 8 min qoyun tələf olub. Ziyanın dəyəri 4 milyon dollarlarla hesablanır.
Qeyd edək ki, liman rəhbərliyi bu hadisə səbəbindən Qırmızı dəniz üçün ciddi ekoloji təhlükə barədə xəbərdarlıq edib.