Hindistanda Məhəmməd Peyğəmbərin (s) təhqir edilməsinə qarşı etirazlar davam edir. Bu barədə iyunun 13-də İslamnews xəbər paylaşıb.
Ölkənin müxtəlif şəhərlərində müsəlmanlar dinlərinə hörmət, ibadət azadlığı və hicaba icazə tələb edərək aksiyalar keçiriblər. Etirazlar zamanı polislə toqquşmalar baş verib.
Daha öncə Hindistanın Bharatiya Janata Partiyasının (BJP) sözçüsü Nupur Sharma Məhəmməd Peyğəmbəri (s) təhqir edən paylaşım edib. Bu da müsəlmanların qəzəbinə səbəb olub. Hadisədən sonra Nupur Şarma və onun ortağı Naveen Jindal işdən çıxarılıblar. Onlara qarşı cinayət işi başlanılıb.
Qeyd edək ki, son aylarda Hindistanın əyalətlərində hicaba qarşı qadağalar tətbiq edilir. Şagird və tələbələrə dərslərdə hicabla iştirak etməyə icazə verilmir.