Ayətullah Şeyx Abbas Misbahzadə iyunun 11-də axşam saatlarında dünyasını dəyişib. Bu haqda məlumatı Shiawaves paylaşıb.
Müasir astronom 1932-ci ildə Tehran şəhərində anadan olub.
Mərhum illik astronomiya təqvimi buraxırdı, Qurani-Kərimi, “Səccadiyyə” qəzetini və duaları tərcümə edirdi. O, Amerikanın Virciniya ştatında Hüseyniyyə və Əhli-Beyt mərkəzi inşa edib.
Müctəhidin atası və babası Qacarlar dövrünün astronomları olublar. O, gənc yaşlarından atasından astronomiya öyrənmiş, iki ildən sonra da hicri təqvimini buraxmışdır.