Məscid Bakının Suraxanı rayonunda, Yeni Günəşli qəsəbəsində yerləşir. İbadət evinin tikintisi 1996-cı ildə başlamışdır. Sonralar tikinti işləri dayandırılmışdır. 2002-ci ildə məscidin sökülməsinə qərar verilib. 2010-cu ildə Prezident İlham Əliyevin göstərişi ilə ibadət evinin sökülməsinin qarşısı alınıb. Binanın natamam olaraq qalmasına baxmayaraq, məscid fəaliyyət göstərirdi.

2018-ci ildə, inşası yarımçıq qalmış Fatimeyi-Zəhra məscidinin tikintisinin davam etdirilməsinə rəsmi icazə verilib. 2020-ci ildə tikinti işləri başa çatdı.

Məscidin iki minarəsi var. İbadət evində zirzəmi, həmçinin, ikinci mərtəbəsində, eyvanı var. Burada eyni zamanda 2 min nəfər ibadət edə bilər.

Hazırda məscidin qapıları ibadətə gələnlər üçün açıqdır. Məscid və onun yerləşdiyi torpaq sahəsi Qafqaz Müsalmanları İdarəsinin balansındadır.

Mənbələr:

  1. m.modern.az
  2. ahlibeyt.az
  3. islamazeri.com
  4. www.gununsesi.info