Bu gün, iyunun 11-də İmam Əlinin (ə.s) hərəmində Həzrət Əliyyən Rzanın (ə.s) mövludu keçirilib. Bu barədə ziyarətgahın mətbuat xidməti məlumat verib.

Tədbirdə İmama mədhiyyələr və surudlar oxunub. Hərəmin ərazisi təbii güllərlə bəzədilib. Xidmətçilər zəvvarlara şirniyyat və ehsanlar paylayıblar.

Bu gün, İmam Rzanın (ə.s) mövludunun ildönümüdür. İmam Rza (ə.s) hicrətin 148-ci ilində (775-ci il) İmam Museyi-Kazim (ə.s) və Tuktəm (Nəcmə) xanımın evində dünyaya göz açıb. Həzrətin adı Əli, ləqəbi Rza, künyəsi isə Əbülhəsəndir. O, 35 yaşında ikən, atasının şəhadətindən sonra möminlərə İmamlıq etməyə başlayır.