İyunun 11-də İmam Rza (ə.s) hərəminin nümayəndəsi Höccətul-İslam vəl-muslimin Əhməd Mərvi zəvvarlara müraciət edib. Bu barədə shia-news xəbər verib.

Hərəm rəsmisi xidmətçilərin zəvvarları ləyaqətlə qarşılaya bilmədiklərini bildirib. Belə ki, insan sayının çoxluğuna görə xidmətçilər bəzi işləri çatdırmır. Biz zəvvarlara hörmətlə yanaşa bilərik, amma etiraf edirik ki, çatışmazlıqlarımız çoxdur”, – deyə Mərvi əlavə edib.

Karantin qapanmalarından sonra ilk 15 gün ərzində Həzrət Rzanın (ə.s) hərəminə 70 milyona yaxın insan ziyarətə gəlib. Son iki həftə isə zəvvarların sayı təqribən 5-6 milyon təşkil edib. Bu gün isə, İmamın mövludu münasibəti ilə milyonlarla zəvvar Məşhədə axın edir.