Dünən, azərbaycanlı ruhani Hacı Adil Əhmədovun ilk əməliyyatı baş tutub. Bu barədə iyunun 10-da Giperssilka.ru xəbər verib.
Məlumata görə, Hacı Adilin burnu uğurla əməliyyat olunub. Hazırda din xadiminin vəziyyətinin yaxşı olduğu bildirilib.
Ruhaninin öz sözlərinə görə, tezliklə onu Semman xəstəxanasından Qum şəhərinə köçürəcəklər.
İyunun 8-də azərbaycanlı ruhani Hacı Adil Əhmədov İranın Simnan şəhərinin yaxınlığında avtomobil qəzasına düşüb. Hacı Adil daxil olmaqla üç nəfər yaralanıb. Ruhaninin vəziyyəti orta ağır qiymətləndirilirdi.